Türk komandirlərdən 3 həmlə: Terrorçuların xain planı pozulacaq
13.02.2018
Dövran Media dünya mətbuatına istinadən xəbər verir ki, Türkiyə komandirləri terrorçuların xain planını üç mərhələli planla dəf edəcəklər.
Belə ki, Suriyada davam edən "Zeytun budağı" hərəkatında, Afrin və ona bənzər yaşayış məntəqələrində mülki əhalinin qorunması və canlı qalxan probleminin həll edilməsi üçün üç mərhələdən ibarət plan hazırlanıb. Yəni cenevrə müqaviləsində göstərildiyi kimi "müddət qoyma, anons və xəbərdarlıq" üsullarından istifadə edilərək şəhərə giriləcək.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adlı antiterror əməliyyatı davam edir. Əməliyyat başlayandan bu günə kimi 1369 terrorçu məhv edilib.