21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədə zəlzələnin olacağını üç gün əvvəl deyən alimdən dəhşətli proqnoz

28.02.2023

Fevralın 6-da Kahramanmaraşda baş verən "əsrin fəlakəti”ndən 3 gün öncə sosial media hesabından xəbərdarlıq edən zəlzələ mütəxəssisi, Frenk Hugerbets daha bir proqnozu ilə gündəmə gəlib.

"Zəlzələ kahini” ləqəbi verilən alim mart ayının ilk həftəsində yeni təbii fəlakətlər ola biləcəyini deyib. O, bunu sözügedən dövrdə Yer, Merkuri və Saturn planetlərinin yaxınlaşması ilə əlaqələndirib.

"Martın ilk həftəsi çox kritik dövrdür. Ayın 2-də 9 saat ərzində Yer də daxil olmaqla Merkuri və Saturn arasında planetar birləşmə baş verəcək. Bu çox vacibdir. Nəticədə, ayın 3-ü və ya 4-ü ərzində böyük seysmik hadisə baş verə bilər. Bu, ayın 6-dan 7-nə kimi də ola bilər. Mən şişirtmirəm, qorxu yaratmağa çalışmıram. Bu bir xəbərdarlıqdır. Çünki planet yaxınlaşmasının seysmik hadisələrə səbəb olduğu məlumdur. Biz buna ciddi yanaşmalıyıq”, - deyən "zəlzələ kahini” martın ilk həftəsi üçün proqnozlaşdırdığı zəlzələnin 7 və 8 baldan yuxarı ola biləcəyini vurğulayıb.


Mənbə: Takvim