Türkiyədə zəlzələdən sonra bu xəstəlik yaranıb
28.02.2023
Dağıdıcı zəlzələlərdən sağ çıxan Türkiyənin cənub-şərq bölgələrinin sakinlərində stress və dəri xəstəlikləri ilə bağlı şikayətlər çoxalıb.
"DM" xəbər verir ki, bu barədə "Yeni Şəfəq” qəzeti məlumat yayıb.
"Əsrin fəlakəti” adlandırılan Qəhrəmanmaraşda baş verən zəlzələdən sonra stresslə bağlı bəzi xəstəliklərdən şikayətlər artmağa başlayıb. Xüsusilə ekzema stress səbəbiylə meydana gələ bilər. Stresslə əlaqəli ekzemanın bu növü dəridə qaşınma nəticəsində yaranan dəri xəstəliyi kimi tanınır. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən stress ekzeması zamanla ciddi bir vəziyyətə çevrilə bilər”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, gərginlik səbəbindən ekzemanın baş verməsi insanların daha da stress keçirməsinə səbəb olur:
"Bu səbəbdən stresdən qaynaqlanan ekzemanın erkən diaqnozu və müalicəsi son dərəcə vacibdir. Əgər ekzema müalicə olunmazsa və ya müalicə gecikərsə, bu yerdə açıq yaralar əmələ gələ bilər. Yaralarında infeksiya təhlükəsi mövcuddur. Stresslə bağlı ekzemanı aradan qaldırmaq üçün ilk növbədə stress amillərini aradan qaldırmaq lazımdır”.