İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənəd ortaya çıxıb - FOTO
28.02.2023
SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1936-cı ildə İrəvan şəhərinin adının dəyişdirilməsi ilə bağlı sənədi ortaya çıxıb.
"DM" xəbər verir ki, sənəddə SSRİ-nin bir sıra subyektlərində ad dəyişikliyi öz əksini tapıb.
Dəyişikliyə əsasən, İrəvan şəhərinin həmin tarixdən etibarən Yerevan adlandırılıb.
Siyahıda qədim Tiflis şəhərinin də adı yer alıb. Şəhər məhz 1936-cı ildən sonra Tbilisiyə çevrilib. Gürcüstanın Borjom şəhəri də dəyişikliyə məruz qalaraq Borjomi olub.
Bundan başqa, Abxaziyanın Batum, Acarıstanın Suxum şəhərləri də Batumi və Suxumi adlandırılıb.