Son vaxtlar kirayə mənzil bazarında qiymətlər artıb. Bahalaşma xüsusilə paytaxtın mərkəzi hissəsində daha çox hiss olunub.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər”ə bildirib ki, qiymət artımının səbəbi ilk növbədə tələbə axınının çoxalması və köhnə yaşayış binalarının sökülmə prosesinin aktivləşməsi ilə bağlıdır.
Ekspert əlavə edib ki, zəlzələdən sonra Türkiyədən ölkəmizə gələnlərin sayının artması da kirayə bazarına təsir edib.