Qərbə xəbərdarlıq: Yaxın aylarda Moldova tam işğal oluna bilər
27.02.2023
Moldova rəsmiləri Qərbə xəbərdarlıq edir ki, onların ölkəsi Ukraynadan sonra Vladimir Putinin növbəti hədəfi ola bilər.
"DM" xəbər verir ki, bu barədə CNN-in yaydığı materialda bildirilib.
Qeyd olunub ki, Rusiyanın öncə Dnestryanı, daha sonra isə bütün Moldovanı ələ keçirmək riski var.
CNN hesab edir ki, bu, yaxın aylarda baş verə bilər.