Naxçıvanda qarın hündürlüyü 60 sm-ə çatıb
27.02.2023
Naxçıvan Muxtar Respublikanın dağlıq ərazilərinə yağan qar son 1 həftədə daha intensiv xarakter alıb.
"DM" xəbər verir ki, muxtar respublikanın dağlıq bölgələrinə qarın yağması nəticəsində Ordubad rayonunun ucqar kəndlərində qarın hündürlüyü 50-60 sm-ə çatıb. Xüsusilə, yağıntı daha çox rayonun Tivi, Nəsrivaz və Bist kəndlərində qeydə alınıb. Yollarda fasiləsiz olaraq qardan təmizləmə işi aparılıb, yaşayış məntəqələrinə gediş-gəlişdə fasilə yaranmayıb.