Fond banklara nə qədər dollar satıb? - RƏSMİ
05.11.2018
Oktyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta bazarında 489,6 milyon ABŞ dolları məbləğində vəsait satıb.
"Dövran Media" xəbər verir ki, bu, sentyabr ayındakı göstəricidən 94 milyon 800 min dollar çoxdur.
Ümumilikdə, bu ilin on ayında təkcə Fond valyuta hərracına 5 milyard 129 milyon dollar vəsait çıxarıb və satıb. Valyutanın alıcısı isə Azərbaycanda fəaliyyət göstərən 30 bankdır.
Bu il ən çox valyuta satışı 802 milyon 600 min manat aprel ayında qeydə alınmışdı. Rusiya rublunun kəskin devalvasiya etməsi nəticəsində Azərbaycanda yaranan psixoloji gərginlik dollar alışını mart və aprel aylarında kəskin artırdı. Lakin bazara istənilən qədər valyutanın çıxarılması bu həyacanı yatırdı və bundan sonrakı proseslər tələb bazarına uyğun oldu.