Misir və Türkiyə XİN başçıları görüşüb
27.02.2023
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Sameh Şükrünü qəbul edib.
"DM" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da Suriya və Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkələrlə həmrəylik nümayiş etdirmək üçün regiona səfər edən Misir XİN rəhbərini Çavuşoğlu Adana hava limanında qarşılayıb.