Türkiyənin zəlzələ zonasında müxtəlif ölkələrin 30 səhra xəstəxanası qurub
27.02.2023
Türkiyə Xarici İşlər Nazirliyi fevralın 6-da baş verən zəlzələlərdən sonra xarici nümayəndəliklərin koordinasiyası ilə Türkiyəyə çatdırılan yardımlarla bağlı son məlumatı açıqlayıb.
Nazirliyin "Twitter” hesabında paylaşılan məlumatda qeyd edilib ki, 28 ölkə xarici nümayəndələrinin koordinasiyası ilə zəlzələ bölgəsində 30 səhra xəstəxanası qurulub.
İndiyədək Türkiyəyə 130 785 çadır, 1 168 yaşayış konteyneri və 1 676 səyyar gigiyena qurğusu çatdırılıb.