Məcburi gətirilməsi tələb olunan məşhur vəkil məhkəməyə gəlməyib
27.02.2023
"Son vaxtlarda iki dəfə ağır əməliyyat keçirmişəm”.
Bunu APA-ya barəsində məhkəməyə məcburi gətirilmə qərarı qəbul edilmiş vəkil Sümbülə Əliyeva deyib. Vəkil səhhətində yaranmış ciddi problemlərə görə iclaslarda iştirak edə bilmədiyini deyib:
"Son vaxtlarda iki dəfə ağır əməliyyat keçirmişəm. Hər dəfə də bununla bağlı məhkəməyə bildiriş göndərilib, səhhətimlə bağlı gələ bilməyəcəyimi bildirmişəm. İki əməliyyat keçirən adam prosesdə necə iştirak edə bilər? Hesab edirəm ki, bu vəziyyətdə məcburi gətirilmə qərarının çıxarılması düzgün deyildi”.
Sümbülə Əliyeva, həmçinin barəsindəki ittihamları qəbul etmədiyini və cinayət işi ilə bağlı məhkəmə istintaqından narazı qaldığını deyib:
"Mühasibat sənədlərinə baxış keçirilmədən istintaqı tamamlamaq istəyirlər. Mən bununla razı deyiləm, audit sənədlərinə baxış keçirilmədən çıxışlar mərhələsinə keçmək düzgün deyil”.