Çavuşoğlu: İsveçin NATO üzvlüyünə icazə verə bilmərik
27.02.2023
Ankara indi İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq edə bilməz.
"DM" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"İsveç və Finlandiyanın NATO-ya daxil olmaq niyyəti ilə bağlı üzərlərinə götürdükləri müəyyən öhdəliklər var. İsveç tərəfdən biz bütün addımların həyata keçirildiyini görmürük, ona görə də hazırkı mərhələdə onun alyansa daxil olmasına razılıq verə bilmərik”, - Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, İsveç hökuməti bəzi öhdəlikləri yerinə yetirib, xüsusən də konstitusiyaya dəyişikliklər ediblər:
"Amma eyni zamanda Türkiyədə terror təşkilatı kimi tanınan PKK hələ də bu ölkədə fəaliyyət göstərir”.
Qeyd edək ki, tərəflər arasında 3-cü görüş 9 martda Brüsseldə olacaq.