Baş Prokurorluq Bərdədə konfrans təşkil edəcək
27.02.2023
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən martın 3-də Bərdə şəhərində ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.
"DM" xəbər verir ki, yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy və Quba şəhərlərində də regional konfranslar təşkil olunub.