Dumanlı hava şəraiti ilə bağlı DYP-dən MÜRACİƏT
27.02.2023
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
BDYPİ-dən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Sabirabad,
Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb:
"Bu cür hava şəraiti öz növbəsində sürücülərə ciddi çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.