Serbiya Prezidenti Azərbaycana səfər edəcək
27.02.2023
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç martın əvvəlində Azərbaycana səfər edəcək.
Bu barədə Serbiyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Serbiya liderinin səfəri çərçivəsində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasında iştirakı planlaşdırılır.