23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qırğızıstanda ard-arda güclü zəlzələlər baş verib

27.02.2023

Qırğızıstan ərazisində 5,9 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanları Almatı sakinləri də hiss ediblər. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübi-metodoloji ekspedisiyası məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 03:42-də Almatıdan 279 km cənub-şərqdə qeydə alınıb. Ocağı 15 km dərinlikdə yerləşən zəlzələ Almatıda 2 bal gücündə hiss olunub.

İki saat sonra ekspertlər Almatıdan 278 km cənub-şərqdə Qırğızıstan və Çin sərhədində 5,6 bal gücündə növbəti zəlzələ qeydə alıblar. Onun ocağı 10 km dərinlikdə olub.

Daha sonra qazaxıstanlı seysmoloqlar Qırğızıstan və Çin sərhədində yerli vaxtla saat 08:14-də baş verən 4,2 bal gücündə yeni zəlzələ qeydə alıblar. Zəlzələnin episentri Almatı şəhərindən 276 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Mənbə: TASS