Türkiyədə gün ərzində ikinci güclü zəlzələ olub
27.02.2023
Malatya vilayətinin Yaşılyurd rayonunda yerli vaxtla 12:04-də 5,6 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerin 6,96 kilometr dərinliyində meydana gəlib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
9:55
Türkiyədə Adıyaman şəhərinin Gölbaşı rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.
Yeraltı təkanlar yerli vaxtla saat 05:51-də, yerin 8,51 kilometr dərinliyində olub.
İlkin məlumatlara görə, ciddi dağıntılar qeydə alınmayıb. Xilasetmə qrupları ərazidə araşdırmalarını davam etdirirlər.
Mənbə: TRT Haber