Xocalı soyqırımına həsr olunmuş “613” fləşmobu baş tutub - VİDEO
26.02.2023
"Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Bakıda "613” fləşmobu reallaşıb.
Ümumilikdə paytaxt Bakıdan olan 3 000-ə yaxın tələbənin iştirakı ilə baş tutan "613” fləşmobunun başlıca məqsədi Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
"Nə tarix, nə biz, unutmadıq!” şüarı ilə reallaşan fləşmobda tələbələrdən ibarət "613” kompozisiyası erməni silahlı birləşmələri tərəfindən soyqırımına məruz qalmış günahsız Xocalı sakinlərinin sayını ifadə edib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Dəniz Kənarı Bulvar ərazisində həyata keçirilən fləşmob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.