03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əhməd Əhmədov cəzaçəkmə müəssisəsinə qaytarılıb

24.02.2023

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun müalicəsi başa çatıb.

"DM"-nın əldə etdiyi xəbərə görə, sabiq nazir Naxçıvan Diaqnostika Müalicə Mərkəzində 3 aylıq müalicədən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib.

Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ali Məhkəmə ötən ay Əhməd Əhmədovun kassasiya şikayəti müddətinin uzadılması ilə bağlı müraciətini təmin etməyib.