Çin Ukrayna ilə bağlı 12 maddəlik sülh planını açıqlayıb
24.02.2023
Çin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı sülh planı yayımlayıb.
"DM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsinin ildönümündə Çin "Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi"ni dərc edərək sülh planını təklif edib.
Dərc edilmiş sənəd 12 bənddən ibarətdir:
- Bütün ölkələrin suverenliyinə hörmət;
- Soyuq müharibə zehniyyətindən imtina;
- Hərbi əməliyyatların dayandırılması;
- Sülh danışıqlarının bərpası;
- Humanitar böhranla mübarizə;
- Mülki əhalinin və hərbi əsirlərin müdafiəsi;
- Atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi;
- Strateji risklərin azaldılması;
- Taxıl ixracının təşviqi;
- Birtərəfli sanksiyalara son;
- Sənaye zəncirlərinin və tədarük zəncirlərinin sabitliyinin dəstəklənməsi;
- Müharibədən sonrakı yenidənqurmanın təşviqi.
Sənəddə qeyd olunub ki, birbaşa dialoqun tezliklə bərpası, gərginliyin tədricən azaldılması və hərbi əməliyyatların tamamilə dayandırılması ilə bağlı Moskva və Kiyevin qarşılıqlı addımlarını dəstəkləmək vacibdir.