ÜST: Pandemiyanı bitirə bilərik
23.02.2023
Son 28 gündə dünya üzrə koronavirusa yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Söhbət yanvarın 23-dən fevralın 19-dək olan müddətdən gedir. Bu vaxt ərzində 5,3 milyona yaxın yeni yoluxma və 48 mindən çox ölüm halı qeydə alınıb ki, bu da əvvəlki 28 günlə müqayisədə müvafiq olaraq 89% və 62% azdır.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, hökumətlərin əlində olan vasitələr pandemiyanın 2023-cü ildə sona çatmasına imkan verir.
Mənbə: Gazeta.ru