Müdafiə naziri: İsveç Ukraynaya "Leopard" tankları göndərməyə hazırdır
23.02.2023
İsveç Ukraynaya hərbi yardım paketi çərçivəsində Almaniya istehsalı olan "Leopard” tankları göndərməyə hazırdır.
"DM" xəbər verir ki, bunu İsveç Müdafiə Nazirliyinin rəhbəri Pol Yonson yerli "TT News" xəbər agentliyinə müsahibəsində deyib.
Nazir onu da qeyd edib ki, yaxın zamanda ölkəsi yeni hərbi yardım paketi göndərəcək və ola bilsin ki, bu paketə tanklar da daxil edilsin.
Yonsonun sözlərinə görə, hazırda İsveç hökumıti Almaniya ilə tankların tədarükü ilə bağlı danışıqlar aparır. İsveç Ukraynaya həm də müasir "Archer” artilleriya sistemi göndərmək niyyətindədir.
Həmçinin əlavə olunub ki, İsveç ordusunun arsenalında 120 "Leopard” tankı var və onlardan neçəsinin Ukraynaya göndəriləcəyi hələlik məlum deyil.