03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukraynanın bu vilayətləri dron hücumuna məruz qalıb

23.02.2023

Ukraynanın Kiyev, Xarkov və Odessa vilayətləri dron hücumuna məruz qalıb.

"DM" xəbər verir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Məlumata əsasən, Kiyev şəhəri ilə yanaşı eyniadlı vilayətin də bir sıra nöqtələrində Rusiya Silahlı Qüvvələrinə məxsus kamikadze-dronların partlaması qeydə alınıb. Hazırda Hava Hücumundan Müdafiə (HHM) sistemləri hücumun qarşısını almaq üçün çalışır.

Əhaliyə sığınacaqlarda, təhlükəsiz yerlərdə qorunmaq tövsiyə olunub, dağıntılar, ölən və yaralananlar barədə məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, səhər saatlarından etibarən Ukrayna ərazisində bir çox vilayətlərdə hava həyəcanı siqnalı verilib.