03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Moldovada casus şəbəkəsi ələ keçirilib

23.02.2023

Moldovada fəaliyyət göstərən xarici kəşfiyyat şəbəkəsi ifşa edilib.

"DM" xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Beş nəfər istintaqa cəlb edilib: Hamısı Moldova vətəndaşıdır. İki casus 2022-ci ilin dekabrında saxlanılıb və həbs edilib, daha üçü şübhəli şəxs statusundadır. Onlar üçüncü ölkənin xüsusi xidmət orqanlarına kömək ediblər”, - məlumatda deyilir.

Qeyd olunub ki, Moldovadan olan mühacirlərin təxribat fəaliyyətini maliyyələşdirən xarici vətəndaşlar da hüquq-mühafizə orqanlarının nəzərindədir:

"Bu qrup 2020-ci ildən istintaq altındadır. Onlar kütləvi etiraz aksiyalarının təşkilində və etnik ədavətin qızışdırılmasında iştirak edirlər”.