Popesku: Moldova MDB sazişlərindən çıxacaq
23.02.2023
Moldova MDB çərçivəsində imzalanmış onlarla sazişi denonsasiya etmək prosesindədir.
"DM" xəbər verir ki, bu sözləri Moldovanın xarici işlər naziri Niku Popesku deyib.
Popesku səbəb kimi ölkəsinin AB-yə üzv olma hədəfini göstərib:
"Nazirliklərimiz MDB çərçivəsində imzalanmış bir çox sazişlərin aktuallığını təhlil edib. Biz siyahını tam hazırladıqdan sonra dərc edəcəyik. Xatırladığım qədər deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin xətti ilə 20-yə yaxın saziş denonsasiya olunacaq. Respublika diqqətini AB-yə daxil olmağa yönəldir, ona görə də MDB ilə imzalanmış və Avropa qanunvericiliyinə uyğun olmayan sazişlərə xüsusi diqqət yetirir”.