Türkiyədə zəlzələ bölgəsində 1 milyon 250 min bina araşdırılılıb
23.02.2023
Türkiyədə zəlzələ bölgəsində 1 milyon 250 min bina araşdırılılıb.
"DM" xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib. Onun sözlərinə görə, zəlzələ bölgəsində 164 min 321 binanın dağılmış, təcili olaraq sökülməli və ya ağır zədələnmiş olduğu müəyyənləşib:
"7350 nəfər heyətlə zərərin qiymətləndirilməsi istiqamətində işləri davam etdiririk”.