Kuleba: Ukrayna bu silahlarla Rusiya ərazisinə hücum etməyəcək
23.02.2023
Ukrayna qırıcı təyyarələrdən və uzaqmənzilli silahlardan Rusiyaya hücum üçün istifadə etməyəcək.
"DM" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Britaniyanın "Sky” kanalına müsahibəsində deyib.
O qeyd edib ki, bu silahlardan Ukraynanın işğal olunmuş ərazilərini azad etmək üçün istifadə ediləcək.