Laçın-Xankəndi yolundan RSK-nın maşınları keçib
23.02.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
"DM" xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb. Xankəndidən Laçın istiqamətinə, eləcə də Laçından Xankəndi istiqamətinə RSK-ya məxsus maşınlar aksiya keçirilən ərazidən keçid edib.