Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində minalarla bağlı faktları təkzib edə bilməyib
23.02.2023
Məhkəmə prosesi zamanı işğaldan azad edilmiş ərazilərimizdə Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların aşkarlanması haqda bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan təkzib edə bilmədi.
"DM" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.
Nazir müavini qeyd edib ki, həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi.
"Bu da onu göstərdi ki, son 2 ildə Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini pozur”, - Elnur Məmmədov qeyd edib.