ABŞ Ukraynaya xəbərdarlıq edib
23.02.2023
ABŞ administrasiyası Ukrayna hakimiyyətinə xəbərdarlıq edib ki, Vaşinqtonun Kiyevi dəstəkləmək üçün resursları tükənməz deyil.
"DM" xəbər verir ki, bu barədə "Röyters” gizli mənbəyə istinadən məlumat yayıb.
Agentlik amerikalı rəsmiyə istinadən qeyd edib ki, administrasiya Ukrayna hökumətinə ABŞ-ın resurslarının sonsuz olmadığını bildirib:
"Hamı başa düşür ki, bu, nə vaxtsa dayanmalıdır. Biz hamımız istərdik ki, bu, mümkün qədər tez bitsin”.