Bu il ali məktəblərə 60 min tələbənin qəbul olunacağı gözlənilir
22.02.2023
2023-cü ildə ali təhsil müəssisələrinə 60 000 tələbənin qəbul olunacağı gözlənilir.
"DM" xəbər verir ki, bu barədə 2023-cü ilin Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) sənədində qeyd edilib.
Bundan əlavə, ali məktəblərə 2024-cü ildə 63 000, 2025-ci ildə 68 000 və 2026-cı ildə isə 74 min tələbənin qəbul olacağı gözlənilir.