Gəncədə 18 yaşlı qız ikinci dəfə itkin düşdü
03.11.2018
Gəncə şəhərində 18 yaşlı qız itkin düşüb.
Trend-in məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Həmin prospektdə ev 57, mənzil 2-də yaşayan Tekin İlahə Ağa qızı polisə müraciət edərək bildirib ki, onunla birgə yaşayan qızı, 2000-ci il təvəllüdlü Sevinc Qarayeva noyabrın 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Qadın bildirib ki, S.Qarayeva əvvəllər də itkin düşüb və polis tərəfindən tapılıb.
Faktla bağlı araşdırma aparılır.