İlham Əliyev İmaməli Rəhmana başsağlığı verib
22.02.2023
Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmana başsağlığı verib.
"DM" başsağlığı mətnini təqdim edir:
"Hörmətli İmaməli Şərifoviç,
Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"