Kəmaləddin Heydərovun Lənkəranda vətəndaşları qəbulunun vaxtı dəyişib
22.02.2023
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 fevral 2023-cü il tarixində Lənkəran şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.