Laçında Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilir
22.02.2023
Laçında Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilir.
"DM" APA-ya istinadən xəbər verir ki, iclası giriş sözü ilə açan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad edilmiş ərazilərimizdə ekologiyanın bərpası istiqamətində görülmüş işlər barədə məlumat verib.
O bildirib ki, Azərbaycan 20-yə yaxın beynəlxalq konvensiyanın üzvüdür:
"30 ilə yaxın işğal altında olmuş ərazilərimizdə ekologiyamıza vurulmuş zərərlə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik. Lakin heç bir cavab verilməyib".