Lavrov: Moskva ilə Pekin bir-birlərinin maraqlarını qorumağa hazırdır
22.02.2023
"Turbulentliyə baxmayaraq, Rusiya ilə Çin arasında münasibətlər dinamik inkişaf edir”.
"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ ilə görüşündə bildirib.
O, Moskva ilə Pekinin bir-birlərinin maraqlarının müdafiə etməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Van İ fevralın 21-dən Rusiya paytaxtında səfərdədir. Dünən onun Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşü keçirilib