21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Elmi Mərkəz: Yaz aylarında Şəki sel altında qalacaq

22.02.2023

Kiş çayının mənbəyi təmizlənmədiyindən hər il dərinlik 30-50 sm azalır. Hazırda bu dağıdıcı və təhlükəli çayın başlanğıcında yüksəklik şəhərə nisbətən 4-5 metr fərq aralığındadır. Bu da güclü sel və daşqınlar olacağı təqdirdə ciddi təhlükə deməkdir. 

Bizim.media xəbər verir ki, mənbəyini Böyük Qafqazın yamaclarından götürən dağ çaylarında son illər təhlükəli vəziyyət hökm sürür. Belə ki, çayların gətirdiyi daş, qum və çınqılın təmizlənməməsi mənbələrdə toplanan qalıqların artmasına səbəb olur.

Bu isə yaz mövsümündə daşqınlara səbəb olmaq ehtimalını artırır. 

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının apardığı araşdırmalar göstərir ki, Şəki-Zaqatala iqtisadi rayonlarında axan dağ çaylarından Kürmük çayı istisna olmaqla heç bir çayın mənbəyi və yatağı təmizlənməyib. Qeyd edək ki, son 10 il ərzində respublikanın Şimal-Qərb bölgəsində dağıdıcı fəsadlar törədən bir neçə dəfə daşqınlar baş verib. 

AMEA Şəki Regional Elmi Mərkəzinin bölmə rəhbəri Yusif Rəhimov qeyd edir ki, hər il sel təhlükəsinin artma ehtimalı çoxalır:

"Apardığımız ölçmə və müşahidələr bunu deməyə əsas verir ki, dağ çaylarının hündürlüyü hazırda 0,09-3,00 metrlik hündürlük aralığında dəyişir. Sel gələn bütün çayların mənbəyi, yatağı daş, qum və gillə dolub. Hazırda bu ərazilərin təcili təmizlənməsinə ehtiyac var”.

AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin əməkdaşları məsələnin həyəcanlı olduğunu qeyd ediblər.

Bildiriblər ki, yaz aylarında real sel təhlükəsi var və bu zaman Şəki şəhəri, turizm və iaşə obyektləri, meşələrin və digər ərazilərin sel suları altında qalması qaçılmazdır:

"Çayların gətirmə konuslarında beton bərkitmə işləri ilə yanaşı, dərinləşdirmə işlərinin aparılması vacibdir. Əks halda real fəlakətlə üz-üzəyik”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşı Sadiq Əmiraslanov bölgənin Şin, Katex, Balakən, Kürmük və digər çayların üzərində karxanaların fəaliyyət göstərməsini müsbət hal kimi vurğulayıb. Agentliyin əməkdaşı onu da əlavə edib ki, ərazidəki bütün çaylarda müvafiq sadələşdirmə yolu ilə karxana fəaliyyətinin təşkili bir çox təhlükənin qarşısını almış olar.