Ryabkov: Nüvə də daxil olmaqla, istənilən silahla özümüzü müdafiə edəcəyik
22.02.2023
Rusiya Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinə (START) sadiq qalmağa davam edəcək.
"DM"-nın məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, bu, hazırkı mərhələdə strateji sabitliyi qorumaq üçün kifayətdir;
Hazırda Vaşinqtonun davranışının yaxşılığa doğru dəyişməsinə işarə olmadığını söyləyən diplomat Rusiyanın nüvə silahının tətbiqindən çəkindirmə sahəsində sübut edilmiş təcrübəyə malik olduğunu bildirib.
"Rusiya ABŞ-ın START müddəalarına əməl etməsinə nəzarət etmək üçün öz vasitələrindən istifadə edə bilər. Rusiya artıq Fransa və İngiltərənin potensialını nəzərdən qaçıra bilməz, onların silahları ABŞ-la birlikdə Moskvaya qarşı vahid yumruqdur", deyə Ryabkov vurğulayıb.
Rusiya XİN başçısının müavini ölkəsinin ABŞ, Böyük Britaniya və Fransa ilə START ətrafında vəziyyətlə bağlı təmaslarının nəzərdə tutulmadığını da qeyd edib: "ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, o zaman Rusiya nüvə silahı də daxil olmaqla istənilən silahla özünü müdafiə edəcək. Dünya qlobal münaqişə astanasındadır. İstisna deyil ki, ABŞ-ın özü də START-dan çıxa bilər".