Baydenin Kiyev səfəri zamanı Rusiya qitələrarası ballistik raketin sınağını keçirib
22.02.2023
Bazar ertəsi ABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri zamanı Rusiya "Sarmat” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Ancaq buraxılış uğursuz olub.
Bu barədə CNN öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, Rusiya sınaqla bağlı ABŞ-ni əvvəlcədən xəbərdar edib və Vaşinqton bunu gərginliyin artmasına yönəlmiş addım kimi görmür.
Ekspertlər hesab edirlər ki, "Sarmat”ın sınağı uğursuz alınıb.
"Rusiya artıq bu raketin uğurlu sınaqlarını keçirib və əgər bu sınaq da uğurlu olsaydı, Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Federal Məclisdəki çıxışında bunu vurğulayardı”, - deyə mənbədən vurğulanıb.