Türkiyədə 865 min zəlzələ qurbanı çadır şəhərciklərində yerləşdirilib
21.02.2023
"Zəlzələdən zərər çəkən 865 min vətəndaşımız çadır şəhərciklərində, 23 min 500-ü modul evlərdə, 376 min vətəndaşımız isə yataqxanalarda yerləşdirilib".
"DM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, hazırda bölgədə 271 min şəxs çalışır.
"Bu vaxta qədər 1 milyon 123 min bina yoxlanılıb. 139 min binadakı 458 min mənzilin dağılmış, təcili sökülməli olan və ağır zədəli olduğu müəyyənləşdirilib" - deyə Ərdoğan qeyd edib.