Stoltenberq:Putinin Federal Məclisə müraciətinə münasibət bildirib
21.02.2023
Putinin bugünkü çıxışı (Federal Məclisə müraciət-red.) daha çox müharibə, daha çox hücumlar, səfərbərlik, silahlar barədə idi.
"DM" xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell və Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında bildirib.
"Biz NATO, Aİ üzvləri olaraq Ukraynanı dəstəkləməliyik. İndiyə qədər misli görünməmiş dəstək vermişik və bu daha sürətli formada davam etməlidir. Biz eyni zamanda, bu müharibənin Ukrayna sərhədlərindən kənara çıxmaması üçün addımlar atmışıq. İlk gündən Moskvaya mesaj vermişik ki, NATO ərazisinin hər addımını qoruyacağıq. Ukraynaya dəstək verəcəyik, eyni zamanda, NATO ərazilərində də təhlükəsizliyimizi gücləndirəcəyik”, - Stoltenberq qeyd edib.