Bakıda avtomobilləri qəsdən cızan şəxs TUTULUB
21.02.2023
Bakıda əmlakı qəsdən məhv etmə faktı aşkarlanıb.
DİN-dən verilən məlumata görə, fevralın 19-da saat 18 radələrində Nizami rayonunun B.Nuriyev küçəsində "Nissan” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarının çıxarılaraq yerə atılması, qanadları və qapılarının cızılaraq 2200 manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun həmin gün eyni küçədə "Mercedes-Benz”, "Ford”, "Hyundai”, və KIA markalı daha 5 avtomobilin qapılarını, qanad və mühərrik örtüklərini cızaraq avtomobil sahiblərinə ümumilikdə 1600 manat dəyərində maddi ziyan vurması da müəyyən olunub.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.