Türkiyənin Hatay vilayətində baş verən təkrar zəlzələlərdən sonra şəhərin dağılmış mənzərəsi üzə çıxıb.
İnsanlar 15 gündən sonra baş verən növbəti zəlzələdə yenə təşviş və qorxu yaşayıblar.
3 dəqiqə ara ilə baş verən iki zəlzələ (6,4 və 5,8 bal) nəticəsində altı nəfər həyatını itirib. Onlardan 3-ü əşyalarını çıxarmaq üçün binaya daxil olarkən dağıntılar altında qalaraq həlak olub.
Türkiyənin Səhiyyə Nazirliyinin son məlumatına görə, yeni yeraltı təkanlar nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti ağırdır.