Dmitri Kuleba Avropa və ABŞ-a səfər edəcək
20.02.2023
Ukrayna xarici işlər naziri Dmitri Kuleba Avropa və ABŞ-a səfər edəcək.
"DM" xəbər verir ki, Ukrayna XİN başçısı bu barədə "Facebook" hesabında məlumat verib.
Onun sözlərinə görə, Brüsseldə Aİ-nin Ali Nümayəndəsi və NATO Baş katibi ilə görüş üçün sabah Brüsselə səfər edəcək.
"Brüssel: Ukrayna-Aİ-NATO-nun hərbi yardım səylərini, təlimləri koordinasiya etmək, müdafiə sənayesində fəaliyyəti artırmaq üçün ilk üçtərəfli görüşdə iştirak edəcəyəm. Haaqa: silahlar, hüquqi məsuliyyət, Ukraynanın Aİ-yə üzvlüyü və tammiqyaslı işğal ili ilə bağlı tədbirlərdə iştirakla bağlı müzakirələrə qatılacağam. Nyu York: Baş Assambleya, Təhlükəsizlik Şurasında müzakirələr. Ukraynanı dəstəkləyən koalisiyadan, Zelenskinin Sülh Formulasından və digər mühüm qərarlardan bəhs edəcək iclaslarda iştirak edəcəm".