21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaponiya Zelenskini G7 sammitinə dəvət edəcək

20.02.2023

Yaponiya hökuməti Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyanın təcavüzünün birinci ildönümü ilə bağlı 24 fevralda keçiriləcək G7 onlayn sammitinə dəvət edəcək.

"DM" xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasının iclasında bildirib.

O həmçinin qeyd edib ki, Yaponiyada təşkil olunacaq G7 video sammitində iştirak edəcək ölkə liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə mübarizədə birliklərini nümayiş etdirəcəklər.

Bu, Yaponiyanın ev sahibliyi etdiyi ilk G7 sammiti olacaq. Virtual toplantıda Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-dan ibarət G7 dövlətləri, həmçinin Avropa İttifaqı (Aİ) dövlətləri gözlənildiyi kimi Ukraynanı dəstəkləməyə davam edəcəklər.