Borrel: Çinin Rusiyaya hərbi yardım verməsi münasibətlərimizdə qırmızı xətt olacaq
20.02.2023
"Çin Rusiyaya hərbi yardım etməyi planlaşdırmadığını bildirib".
"DM" xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel jurnalistlərə açıqlamasında deyib.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çin Xalq Respublikasının sədrinin xarici siyasət müşaviri Vanq Yi ilə görüşdüyün qeyd edən Cozep Borrel söhbət zamanı Aİ-nin narahatlığını çatdırdığını deyib: "Mən onunla söhbət etdim və Çinin Rusiyaya silah verməsi ilə bağlı ciddi narahatlığımızı çatdırdım. Bizim üçün bunun əlaqələrimizdə qırmızı xətt olacağını ifadə etdim. O, mənə dedi ki, bunu etməyəcəklər, bunu etməyi planlaşdırmırlar – amma biz bu məsələ ilə bağlı ayıq-sayıq olacağıq".