Bayden: “ Ukraynaya 500 milyon dollar məbləğində yardım paketi təqdim ediləcək"
20.02.2023
"ABŞ Ukraynaya 500 milyon dollar məbləğində yardım paketi təqdim edəcək”.
"DM” "Reuters”ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatların Prezidenti Cozef Bayden fevralın 20-də Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdə bildirib.
Onun sözlərinə görə, yardım paketi fevralın 21-də elan olunacaq.
Xatırladaq ki, C.Bayden fevralın 20-də gözlənilmədən Ukraynaya səfər edib.