Kloun iş başında öldü - Sumqayıtda
03.11.2018
Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.
"Dövran Media" "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.
Həmin şəxs 1964-cü il təvəllüdlü Məmmədova Mahinur Əhəd qızıdır.
Onun ölümünün səbəbi isə hələlik məlum deyil.