Azərbaycanda tarixi abidənin ətrafında torpaq sürüşməsi olub
20.02.2023
Cəlilabad rayonunda yerləşən "Qazan köşkü” tarixi abidəsi ətrafında torpaq sürüşməsi aktivləşib.
Bu barədə "Report”un Muğan bürosuna yerli tarixçi Elşad Əmənov məlumat verib.
Onun sözlərinə görə, bu hal əvvəllər də baş verib, amma bu il sürüşmə aktivliyi daha çox hiss olunur:
"Abidə ətrafında olan sürüşmə nəticəsində tikililərin kərpicləri ilk dəfə olaraq üzə çıxıb. Əgər sürüşmə aktivliyi belə davam edərsə, abidəyə ziyan dəyə bilər”.
Tarixçi bildirib ki, faktla bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verilib.