Arkov: Paşinyan bu çıxışı ilə sonunu yaxınlaşdırıb
20.02.2023
Nikol Paşinyanın faktiki olaraq Rusiya əleyhinə növbəti hücumu nə Moskvada, nə də İrəvanın özündə nəzərdən qaçacaq.
"DM" xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.
"Paşinyan Qərb ağalarının əmri ilə Münhendə səs-küylü bəyanatlar verməklə, özünün "şərəfli” siyasi sonunun yaxınlaşmasını sürətləndirdi”, - o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində KTMT barədə, eləcə də İrəvanın bu təşkilatda iştirakının zəruriliyi ilə bağlı müəyyən narahatlığı olduğunu bildirib: "Bizim KTMT ilə bağlı müəyyən narahatlıqlarımız var və bu narahatlıq ictimailəşdirilib. Biz tərəfdaşlarımızla bu məsələləri qaldırdıq. Və narahatlıq hələ də davam edir. Həll yollarının tapılması üzərində işləyirik”.